Taliban bir ay ərzində gözəllik salonlarını bağlamaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, daha əvvəl qadınların məktəblərə, idman zallarına və parklara girişini qadağan edən Taliban bu dəfə bir ay ərzində gözəllik mərkəzlərinin bağlanmasını tələb edib. 

Talibanın 1996-2001-ci illər arasında hakimiyyəti dövründə də analoji qərarı qəbul etdiyi qeyd edilib. 

BBC-yə danışan bir əfqan qadın dostlarının Kabildə və başqa yerlərdə gözəllik salonlarının bağlandığını təsdiqlədiyini deyib: “Əfqan qadınları üçün şok xəbərdir. Çıxdım gördüm ki, yaşadığım ərazidə bütün salonlar bağlanıb”.