Paul Elliot adlı balıqçı, Avstraliya media qurumuna açıqlama verərkən, Cənubi Avstraliyadakı Eyr yarımadasının qərbində oğlu ilə balıq tutarkən içində məktub yazılan bir şüşə tapdığını bildirib.

İqtisadiyyat.Az-ın Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən Elliot, 17 noyabr 1969-da məktub yazan adamın, özünü Paul Gilmore adlı 13 yaşlı bir ingilis uşağı olaraq təqdim etdiyi qeyd olunub.

Ən köhnə şüşə məktubu da Avstraliyada tapılmışdı

Gilmorenin məktubunda, “Avstraliyanın cənubundan qərbinə doğru səfər edirəm. Xahiş edirəm cavab verin” ifadələrinin yazıldığını deyən Elliot, bu adamı tapmaq və tanış olmaq istədiyini dilə gətirib.

Dünyada ən köhnə şüşə məktubu 2016-da Avstraliyada qumsal ərazidə tapılmışdı.

Qərbi Avstraliya əyaltinin paytaxtı Pertin 180 km şimalında yerləşən Wedge adasında tapılan məktubun, 132 il əvvəl bir alman gəmisi tərəfindən suya atıldığı deyilirdi.

 

Mehman Nəbiyev