“Sumqayıt Kompressorları” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq oktyabrın 29-na təyin olunub.

Onlayn qaydada keçiriləcək yığıncaqda Cəmiyyətin idarə heyətinə sədr təyin olunması, əsas vəsaitlərin siyahıya alınması və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “Sumqayıt Kompressorları” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 3 121 012 manat, qanunu təmsilçisi isə Məmmədov Anar Yaşar oğludur.