2024-cü ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 648.1 milyon ABŞ dolları artıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 dəfə azdır. Ötən ilin müvafiq dövründə tədiyə balansının ehtiyat aktivləri 5 milyard 245 milyon ABŞ dolları artmışdı.

Qeyd edək ki, tədiyyə balansındakı ümumi profisit ölkənin cari əməliyyatlar balansındakı 2 milyard 625,3 milyon dollarlıq profisit, kapital hesabındakı 0,5 milyon ABŞ dollarlıq profisit, maliyyə hesabındakı 2 milyard 209,4 milyon dollarlıq kəsir, balanslaşdırıcı maddələr üzrə 231,7 milyon dollarlıq profisit hesabına formalaşıb.