Bu ilin yanvar-avqust ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 29 min və ya 1,6 faiz artaraq 1 mln. 838 min 257-yə çatıb.

ƏƏSMN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir.

Son 8 ayda əməkhaqqı fondunda daha 5,5 faiz artım qeydə alınıb.