Rusiyanın Moskva şəhəri yaxınlığındakı Mıtişi rayonunda SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin tərk edilmiş bağ evində iki cəsəd tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, cəsədlər ərazinin Saqit adlı keçmiş mühafizəçisinə və onun dostuna aiddir. Ölüm səbəbi isə hələlik məlum deyil.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında SSRİ-nin keçmiş rəhbərinin keçən əsrin 30-cu illərində yaşadığı mülk 403,5 milyon rubla (7 milyon manat) satılıb. Alıcı Krasnodarın “Konsaltinq və hüquq” şirkəti olub.