Almaniya mətbuatı yazıb ki, Türkiyə Avropa İttifaqına (Aİ) üzv olarsa, Birlik qlobal güc faktoruna çevrilə bilər.

İqtisadiyyat.az xəbər verir ki, alman iqtisadçı Henrik Müllerin Almaniyanın “Spiegel” jurnalında dərc olunan məqaləsində Türkiyə və Ukraynanın Aİ üzvü olacağı təqdirdə Birliyin qlobal güc amilinə və dünya səhnəsində mühüm aktyora çevrilə biləcəyi bildirilib.

Müəllif qeyd edib ki, hər iki ölkənin üzv olacağı təqdirdə Aİ ərazi baxımından üçdə bir böyüyəcək.

"Hazırda Türkiyənin Almaniyadan çox əhalisi var və demoqrafik cəhətdən çox dinamik böyüməyə davam edir. Türkiyə ərazi baxımından Almaniyadan təxminən iki dəfə böyük bir coğrafiyaya malikdir. Ukrayna isə digər tərəfdən, Avropanın ən böyük ölkəsidir. Hər iki ölkə Birliyə qoşulsa, Aİ ərazisini üçdə bir, əhalisi isə dörddə bir nisbətdə artıracaq. Bu, 1950-ci illərdən bəri Avropaya inteqrasiya prosesində baş verən meqa-ekspansiya olacaq”, - məqalədə qeyd edilib.