ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX orbitə daha 54 Starlink peyki göndərib. Peyklər Falcon-9 raketi ilə uğurlu buraxılış edib.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, Falcon-9 raketi yerli vaxtla saat 23:50-də ABŞ-nin Florida ştatındakı (ABŞ) Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılış edib.

Peyklərin dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün istifadə ediləcəyi öyrənilib.

Xatırladaq ki, 54 Starlink peykinin orbitə göndərilməsini hədəfləyən buraxılış ötən cümə günü elan edilmişdi, lakin texniki problemə görə missiya təxirə salınmışdı.