“Əsgərlər onlara verilən tapşırıqları cəsarətlə və fədakarlıqla yerinə yetirməyə davam etdilər”.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Vaqner”in silahlı üsyana cəhdindən danışan Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu hərbi rəsmilərlə görüşü zamanı Rusiyanın muzdlu hərbi qruplaşması “Vaqner”in ötən ay Rusiya hakimiyyətinə qarşı silahlı üsyanı ilə bağlı ilk açıqlamasını verib.

Şoyqu bu üsyanı "ölkədə sabitliyi pozmaq cəhdi" və "təxribatçı hərəkət" kimi qiymətləndirib: "Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti and içdikləri dəyərlərə və hərbi vəzifələrinə sadiq olduqları üçün belə planlar uğursuzluğa düçar oldu. Bu təxribat qoşunların hərəkətlərinə təsir etmədi. Əsgərlər onlara tapşırılan vəzifələri yerinə yetirdilər”.

Şoyqu fədakarlıqlarına görə bütün əsgərlərə minnətdarlığını bildirib.