Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Baxıcı-dayə xidmətinin təşkili” layihəsinə başlayıb.

Nazirlikdən İqtisadiyyat.az-a verilən məlumata görə, ahıl və əlilliyi olan şəxslərə sosial xidmətlər göstərən əməkdaşlar peşəkar bilik və bacarıqlarının artırılması üçün bu layihə üzrə təlimlərə cəlb olunacaq.

Təlimlər iyul ayı ərzində davam edəcək. Layihə ahıllar və əlilliyi olan şəxslərin keyfiyyətli sosial xidmətlərlə təminatına, eyni zamanda əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədi daşıyır.