ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 31 012 yoluxma halı qeydə alınıb, 425 nəfər vəfat edib.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da koronavirusa yoluxanların sayı 2 312 302 nəfər təşkil edir. Koronavirusdan sağalanların sayı 640 mindən, xəstəlikdən ölənlərin sayı isə 120 mindən çoxdur.