İngiltərə və İtaliyada yeni növ koronavirus səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, son sutka ərzində İngiltərədə 384 nəfər, İtaliyada isə 242 nəfər yeni növ koronavirus səbəbilə vəfat edib. Son rəqəmlərə görə, bu günə qədər İngiltərədə 33 min 998 nəfər COVİD-19 səbəbilə vəfat edib. İtaliyada isə yeni növ koronavirusdan ölənlərin ümumi sayı 31 min 610-a çatıb. Məlumat üçün deyək ki, İngiltərə koronavirusdan ölənlərin sayına görə, dünyada ikinci Avropada isə birinci sıradadır. Qeyd edək ki, hazırda dünyada 308 min 810 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib, 4 milyon 639 min 396 nəfər həmin virusa yoluxub, 1  milyon 766 min 164 nəfər isə sağalıb.