Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın ən azı 30 üzvü öldürülüb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Mərkəzi Şabel bölgəsində Əl-Şəbab üzvlərinə qarşı əməliyyat keçirilib.

Həmçinin, təşkilata aid çoxlu silah və hərbi texnika müsadirə olunub.

Qeyd edək ki, Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı Əl-Şəbabla hərtərəfli mübarizə aparılacağını bildirib.