İqtisadiyyat.az “İxlas” xəbər agentliyinə istinadən məlumat verir ki, ağlagəlməz hadisə Sakaryanın Adabazarı rayonunda, Qaradərə məhəlləsində meydana gəlib. Belə ki, 54 yaşlı Bayram Cansevər evinin qarşısındakı ağacda gördüyü sincaba atəş açmaq üçün 19 yaşlı qızı Ş.C-dən sənədsiz saxladığı ov tüfəngini evin 1-ci mərtəbəsinin balkonundan aşağı atmasını istəyib. Bayram Cansevər silahı tutmaq istəyərkən qundaq yerə dəyib və o an atəş açılıb. Tüfəngdən çıxan güllələr ata və qızını hədəfə alıb. Güllələr Bayram Cansevərin ürəyinə, qızı Ş.C-in isə sifətinə dəyib. Hadisədən dərhal sonra gələn təcili tibbi yardım maşını onları Yenikənd Dövlət Xəstəxanasına çatdırıb. Ancaq ürəyindən yaralanan Bayram Cansevər həkimlərin bütün mücadiləsinə baxmayaraq, həyatını itirib. 19 yaşlı qızının həyatı təhlükəsi olmadığı bildirilib. Polis baş verən hadisə ilə araşdırmaya başlayıb.