Türkiyəli siyasətçi Sinan Oğan "Qalatasaray" - "Fənərbağça" arasında baş tutacaq Super Kubok matçının Xankəndi şəhər stadionunda keçirilməsini təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkəsində paylaşım edib.

"Əgər xaricdə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşardı".

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanında keçirilməli olan Super Kubok matçı bəzi səbəblərdən baş tutmayıb. Hər iki klub bu gün Türkiyəyə qayıdıb.