"Şimali Koreya Yapon dənizi istiqamətində raket buraxılışı həyata keçirib. Raket, ehtimal ki, Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb".

İqtisdiyyat.az xəbər verir ki, bu barədə NHK televiziyası Yaponiya hökumət rəsmilərinə istinadən məlumat yayıb. 

Kyodo xəbər xidmətinin məlumatına görə isə, Şimali Koreya bir neçə ballistik raket atmış ola bilər. Hadisələrdə fəsadlar barədə məlumat verilməyib.

Yapon patrul gəmiləri bölgədəki gəmiləri raketin qalıqlarından uzaq durmağa və parçaları aşkar etdikdə dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.