İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni dünyasını dəyişib.

İqtisadiyyat.az-ın məlumatına görə, İtaliyanın ANSA agentliyi iyunun 9-dan Milanda San Raffaele xəstəxanasında müalicə alan liderin vəziyyətinin bu gün səhər saatlarında pisləşdiyi və dünyasını dəyişdiyi bildirib.

Xəbərdən sonra onun uşaqları və ailə üzvləri xəstəxanaya gedib.

Xroniki leykoz diaqnozu qoyulan Berluskoni iyunun 9-dan sonuncu dəfə xəstəxanada olub.