Avstraliyanın Sidney şəhərində yerləşən ofis avadanlıqları şirkəti "Facilitate Corporation" sosial media platforması "Twitter"ə qarşı 1 milyon dollardan çox borcunu ödəmədiyini iddia edərək məhkəmə iddiası qaldırıb.

İqtisadiyyat.az Daily Mail-ə istinadən xəbər verir ki, "Facilitate Corporation" Elon Maskın 2022-ci ilin oktyabrında "Twitter"i satın aldıqdan sonra bir çox müqaviləni ləğv etdiyini və borclarını ödəmədiyini iddia edib.

2015-ci ildən bəri "Twitter"in ABŞ-dən kənar ofislərinin aparat ehtiyaclarını qarşılayan şirkət, 2022-ci ildə və 2023-cü ilin əvvəlində "Twitter"in London, Dublin və Sinqapur ofislərinə 1 milyon dollardan çox dəyərində texniki dəstək verdiyini və bu fakturaların müqavilə üzrə 60 günə ödənilməli olduğunu, ancaq hələ də ödəniş edilmədiyini bildirib. 

"Facilitate Corporation" bildirib ki, Twitter borca ​​etiraz etməyib və indiyə qədər ödəməmək üçün səbəb göstərməyib.

Sosial media şirkəti hələlik mövzu ilə bağlı açıqlama verməyib.