Şimali Kipr Türk Respublikası Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və rəhbərlik etdiyi heyət Bakı KOB Evini ziyarət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X"də paylaşım edib.

Qeyd edilib ki, görüşdə KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətləri, mümkün əməkdaşlıq müzakirə edilib.