Türkiyənin Qəhrəmanmaraş vilayətində 18 yaşlı siam əkizləri Aişə və Səma Tanrıqulu, qəbul imtahanının ikinci mərhələsini tamamlayıb. İmtahandan çıxan siam əkizləri, sınağın yaxşı keçdiyini söyləyərək, “İnşAllah İlahiyyat fakültəsini qazanacağıq” deyiblər.

İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadən məlumat verir ki, Qəhrəmanmaraş vilayətində 18 yaşlı siam əkizləri Aişə və Səma Tanrıqulu, qəbul imtahanının ikinci mərhələsini tamamlayıb. İmtahandan çıxan əkizlər, sınağın yaxşı keçdiyini söyləyiblər.

İmtahandan sonra açıqlama verən Aişə və Səma Tanrıqulu, “Həyəcan var idi, amma dünənki kimi yox. Gözəl keçdi. İnşAllah İlahiyyat fakültəsini qazanacağıq. İmtahana asan da deyə bilmərəm çətin də. Amma yaxşı keçdi” dedilər.

İmtahandan çıxarkən onlara kömək edən polislərə və imtahan nəzarətçilərinə təşəkükr edən əkizlər, dayıları ilə birgə evlərinə getdilər.

Mehman Nəbiyev