Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanın “Yüz ilin müqaviləsi” üçün Fələstin lideri Mahmud Abbasa 10 milyard dollar təklif etdiyi iddia olunub.

Bu məlumatı İsrailə məxsus Yerusəlim Post xəbər saytı Livan mediasına istinadən yayımlayıb. Hələ də detalları açıqlanmayan və ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi olan Kuşnerin irəli sürdüyü “Yüz ilin müqaviləsi” planının Ramazan ayından sonra açıqlanması deyilirdi.

Ortaya çıxan iddiaya görə, Səudi vəliəhdi və Mahmud Abbasla arasında reallaşan görüşdə, Fələstin hökumətinin illik xərcinin 1 milyard dollar olduğunu öyrənən ibn Salman, razılaşmanı qəbul edəcəyi təqdirdə 10 il üçün 10 milyard təklif edib.