İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın ölkəsinə səfər edəcəyini bildirib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

7 ildən sonra yenidən diplomatik əlaqələr quran Səudiyyə Ərəbistanı ilə İranın Ər-Riyad səfirliyi və Ciddə konsulluğunun açıldığını xatırladan Kənani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin qısa müddət ərzində açılacağına diqqəti çəkib.

Eyni zamanda İranla Avropa ölkələri arasında əsir mübadiləsinin olduğunu xatırladan Kenani humanitar problemi həll etməyə çalışdıqlarını bildirib.

O, məhbus mübadiləsi ilə bağlı danışıqlara da toxunaraq, İranın məsələyə ciddi yanaşdığını, ABŞ-ın da ciddi olduğu təqdirdə iki ölkə arasında məhbus mübadiləsinə hazır olduqlarını bildirib.

Məhbus mübadiləsi ilə bağlı danışıqların üçüncü şəxslər vasitəsilə aparıldığını bildirən Kenani danışıqların nəticəsini gözlədiklərini qeyd edib.