Səudiyyə Ərəbistanı Superkubok üçün "Qalatasaray" və "Fənərbağça" klubuna cəmi 108 milyon TL pul mükafatı paylayacaq.

İqtisadiyyat.az xəbər verir ki, kuboku qazanacaq komanda 65 milyon TL, finalçı isə 43 milyon TL mükafat alacaq.

Bundan əlavə, komandaların bütün xərcləri qarşılanacaq.

Qeyd edək ki, Super Kubok oyunu bu gün saat 21:45-də start götürəcək.