Səudiyyə Ərəbistanı hökuməti 18 yaşdan aşağı şəxlərin evlənməsini qadağan edib.
Yeniavaz.com independentturkish.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında 18 yaşından aşağı evlənən şəxslər barədə rəsmi cəzalar tətbiq ediləcək. Yeni qanuna əsasən 15 yaşından aşağı şəxslərin evlənməsi ümumiyyətlə qadağandır. 16-18 yaşındakı qız və oğlanların evlənməsi üçün isə xüsusi məhkəmələrə müraciət etmək lazımdır.