Səudiyyə Ərəbistanının şimalında və İordaniya sərhəddinə yaxın olan Tabuk bölgəsində qar yağıb.

Yerli mətbuatın yaydığı məlumata görə, ağ örtüyə bürünmüş ölkədə təbiət hadisəsinə qarşı ehtiyat tədbirləri görülüb.

Səudiyyə Ərəbistanı Meteorologiya və Ətraf Mühitin Mühafizəsi Baş İdarəsindən edilən şərhdə deyilir:

"Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir”. 

Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib. "Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir”. Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib.

1578805599_1578776404_qar5.jpg
1578805626_1578776059_qar3.jpg
1578805563_1578776102_qar4.jpg