Səudiyyə Ərəbistanı növbəti həcc mövsümündə Ərəfat, Müzdəlifə və Mina kimi müqəddəs yerlərdə yerlərin bölüşdürülməsində heç bir ölkəyə imtiyaz verilməyəcəyini, müqəddəs torpaqlara birinci gələn ölkələrə üstünlük veriləcəyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Həcc və Ümrə naziri Tofiq ər-Rabia 2023-cü il həcc mövsümü başa çatdıqdan sonra keçirdiyi mətbuat konfransında 2024-cü il (hicri 1455) ziyarət mövsümü ilə bağlı açıqlamalar verib.

Rabia deyib: "Növbəti ziyarət mövsümündə (2024) müqəddəs yerlərdə yerlərin bölüşdürülməsində birinci səfər edən ölkələrə üstünlük veriləcək. Mübarək yerlərdə yerlərin bölüşdürülməsində heç bir ölkəyə üstünlük verilməyəcək”.

Həcc və Ümrə Naziri Rabia daha əvvəl bu il 150 ölkədən 1 milyon 845 min insanın zəvvar olduğunu bildirmişdi.