Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçicilərə müraciət edib.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, müraciətdə bildirilir:

“Hörmətli seçici, səsvermə günü hər hansısa bir səbəbdən adınız seçici siyahısında olmadığı halda, müvafiq təsdiqedici sənədlə müraciətinizə əsasən qanunvericiliyin tələblərinə uyğun qaydada adınız aid olduğunuz seçki məntəqəsində əlavə seçicilər siyahısına daxil edilir və səsvermə hüququnuz təmin olunur.

Seçkilərdə fəal iştirak edək! Hamılıqla səs verək!”

MSK-nın hazırladığı videoçarxı təqdim edirik: