“Ədliyyə Nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək”.

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

“Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də seçicilərdən kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Bundan əlavə Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”, - deyə Məzahir Pənahov vurğulayıb.