Sumqayıtda sürücü sərnişin tərəfindən bıçaqla hədələnib.

DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, iyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.


Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.


Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.