Soçidən Nijni Novqoroda uçan təyyarədə sərnişinin insult keçirməsi səbəbi ilə məcburi eniş qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Aviaincident” teleqram kanalı yazıb.

"Uçuş zamanı təyyarənin kapitanı göyərtəsində olan xəstə sərnişin haqqında məlumat verib, PAN təcili siqnalını elan edib" – deyə məlumatda deyilir.

Nəticədə layner Minvod hava limanına enməyə məcbur olub. İnsult keçirən xəstə təcili yardım briqadasına təhvil verilib. 

Onun hazırkı vəziyyəti barədə məlumat verilmir.