"Serbiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir, biz bunu müharibə başlayandan bəri birmənalı şəkildə bəyan edirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.

"Zelenski ilə həm Serbiya, həm Ukrayna, həm də region və bütün dünya üçün bütün vacib məsələlərlə bağlı müzakirələr apardıq. Mən bir daha qeyd etdim ki, Serbiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir", - deyə prezident vurğulayıb.

 

Gözəl Həşimova