Ötən gün sel suları səbəbindən bağlanan Bakı -Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bir tərəfli bərpa olunub.

İqtisadiyyat.az xəbər verir ki, səhər saatlarından yolda olan lil qatının təmizlənməsi, həmçinin təmir-bərpa işləri üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası cəlb edilib.

Eyni zamanda, sel səbəbindən yararsız vəziyyətə düşən rabitə və elektrik naqilləri, dirəkləri bərpa edilir.

Xatırladaq ki, ötən gün yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunu bağlanmışdı. Bir neçə avtomobil sel suları altında qalmışdı.

İnsan tələfatı olmasa da, fərdi evlərə, iaşə obyektlərinə, fərdi təsərrüfatlara zərər dəyib. Hazırda dəymiş zərərin hesablanması üçün rayon FHK-nin üzvləri selin fasadları ilə bağlı ərazilərə baxış keçirirlər.