İsrail Əmək Federasiyasının(ümumölkə həmkarlar ittifaqı) sədri Arnon Bar-David  tibb bacıları və tibb qardaşları həmkarlar ittifaqınn sədri İlan Koenə Səhiyyə Nazirliyinin işçilərin əmək haqqını azaltmaq barədə  təhdidlərinə qarşı mübarizəsinə dəstək verdiyini bildirib.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

Amnon Bar-David Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tovaya kəskin məzmunlu bir məktub göndərib. Əmək Federasiyası sədri Səhiyyə Nazirliyinin tibb bacıları və tibb qardaşlarına qarşı təhdidləri  durdurmayacağı  təqdirdə  yaxın günlərdə ümumi tətilə qədər bütün vasitələrdən istifadə edəcəyi haqda xəbərdarlıq edib.