Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, müraciətin mətni ölkəmizin İsraildəki səfirlinin “X” platformasındakı hesabında dərc edilib.

“Israir Airlines” tərəfindən 20, 23, 25, 27, 30 oktyabr tarixlərində Təl-Əviv - Bakı istiqamətində olan uçuşlar üzrə biletlərin satışı elan edilib. Biletlər israir.co.il saytı üzərindən əldə oluna bilər”, - deyə müraciətdə bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.