Bir sıra dövlətlərin səfirləri və diplomatları Füzuli rayonuna səfər ediblər. 

İqtisadiyyat.az "Operativ Media"ya istinadən xəbər verir ki, səfər çərçivəsində səfirlər və digər qonaqlar Füzulidə Mirzə Uluğbəy adına məktəbdə sinif otağında, məktəbli stolu arxasında əyləşiblər.

Səfərə qatılanlar arasında Rusiya, Özbəkistan, Rumiya, Britaniya, Argentina, Litva, Braziliya, Ukrayna, Ərəb Əmirlikləri səfirləri və diplomatları, həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Hüseynov da var.