“Kəlbəcər terrorçu Monte Melkonyanın doğum günündə, yəni noyabrın 25-də işğaldan azad edilib”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” hesabında yazıb.

O qeyd edib ki, 30 il əvvəl Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib və etnik təmizləmə aparıb:

“Kaliforniyada anadan olan terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi qrup Kəlbəcər sakinlərinə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Onların çoxu qətlə yetirildilər. Montenin doğum günündə, yəni noyabrın 25-də Kəlbəcər işğaldan azad edilib”.