Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenləri məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. 

İqtisadiyyat.az Secki-2024.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Xatırladaq ki, fevralın 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 524 203 seçki bülleteni çap olunub.