Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Səbail" "Şamaxı"nı 6:0 hesabıyla məğlub edib.

Günün son qarşılaşmasında isə "Zirə" "Turan Tovuz"a qalib gəlib.

Azərbaycan Kuboku 

1/8 final

20 dekabr

14:00 Səbail - Şamaxı 6:0

Qollar: Amil Yunanov, 23 (pen.), 44, Pedro Nuno, 50, Rüfət Abdullazadə, 56, 80, Adi Mehremiç, 90+2

Baş hakim: Tural Qurbanov 

Stadion: ASCO Arena

17:00 Zirə - Turan Tovuz 2:1

Qollar: Felipe Paxtman, 82, Rüstəm Əhmədzadə, 89 - Oto Con, 4

Baş hakim: İnqilab Məmmədov

Stadion: Zirə İdman Kompleksinin stadionu