Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Kəpəz"i qonaq edəcək. Matç saat 14:00-da start götürəcək.
Günün ikinci matçında isə "Qəbələ" "Turan Tovuz"la qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
14-cü tur
25 noyabr
“Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
“ASCO Arena”, 14:00.
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00