"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, “Səbail” PFK Macarıstanın “Uypeşt” komandasından icarə əsasında Matiya Lyuyiçi heyətinə cəlb edib. Serbiyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə bağlanıb.