Ceydon Sanço intizamsız davranışına görə "Mançester Yunayted"in heyətindən kənarlaşdırılıb. İngilis futbolçunun "Borussiya Dortmund"a qayıda biləcəyi iddia edilirdi. Ancaq bu transfer baş tutmaya bilər.

İqtisadiyyat.az xəbər verir ki, "Borussia Dortmund" Ceydon Sançonun transferini gündəmə gətirsə də, meydandan kənar  məsələlərə görə tərəddüd edir. “Mançester Yunayted”in iddiasına görə, Ceydon Sanço gecə saatlarına qədər video oyunlar oynayır və bu səbəbdən məşqə gecikirdi. Bu iddialar Ceydon Sançonu "Qırmızı Şeytanlar"ın heyətindən kənarda qoyub və həmçinin Dortmund "Borussiya"sına transferini poza bilər.

Ceydon Sanço 2021/22 mövsümünün əvvəlində "Borussiya Dortmund"dan "Mançester Yunayted"ə 85 milyon avroya transfer olunub. O, “qırmızı şeytanlar”la ümumilikdə 82 matçda 12 qol vurub, 6 məhsuldar ötürmə edib. 23 dəfə İngiltərə Milli Komandasının formasını geyinən Sanço 3 dəfə qol sevinci yaşayıb.