Bir illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasına qayıdan “Şamaxı” heyətini gücləndirir.

İqtisadiyyat.az xəbər verir ki, baş məşqçi postuna keçən Ayxan Abbasov “Turan Tovuz”da onunla birgə işləmiş futbolçulardan birini yanına gətirib.

“Şamaxı” albaniyalı hücumçu Belajdi Pusi ilə müqaavilə bağlayıb. 26 yaşlı forvardla anlaşma 1 illikdir.

Pusi ötən mövsüm çempionatda 32 oyunda 5 qol vurub.