Federasiya Şurası iri biznesin izafi mənfəət vergisi haqqında qanunu təsdiqləyib. 

İqtisadiyyat.az bildirir ki, sənəd 2021 və 2022-ci illər üçün mənfəəti 1 milyard rubldan çox olan şirkətlərdən birdəfəlik ödəniş nəzərdə tutur. 

Qanun federal büdcənin gəlirlərini artırmaq məqsədilə qəbul edilib.

Vergi dərəcəsi artıq mənfəətin 10%-i həcmində müəyyən edilir. Şirkət 2023-cü ildə vergi ödəsə, dərəcə 5%-ə endirilə bilər. Qanun şirkətlərdən 28 yanvar 2024-cü ilə qədər vergi ödəmələrini tələb edir. Bu tələb 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Qanunun icrası, hökumətin planlarına görə, federal büdcəyə 300 milyard rubl cəlb etməlidir ki, bu da sonradan sosial sahəni dəstəkləmək üçün istifadə olunacaq.

Qeyd edək ki, iyulun 21-də qanun Dövlət Dumasının deputatları tərəfindən üçüncü oxunuşda təsdiqlənib.