Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı  gözlənilir.

Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə 8-10° isti, gündüz  12-14° isti,

Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında  Əsasən yağmursuz. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlınilir. Ayrı-ayrı  yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə  2-7° isti, gündüz  11-16° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 

5-10° isti olacaq.