Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin dövlət başçısı Mahmud Abbas arasında görüş olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Şöbəsindən verilən məlumata görə, Mahmud Abbas prezident Ərdoğanın dəvəti ilə Ankaraya gəlib.

Görüşdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, Fələstin-İsrail məsələsi kontekstində son hadisələr də müzakirə olunacaq.

Türkiyə-Fələstin münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək.