“Hər hansı bir media vasitəsi mənim rüşvəti necə aldığıma dair  bir video-görüntü təqdim edərsə,  həmin KİV redaksiyasında  əlimi kəsəcəyimə söz verirəm..."

İşğalçı ölkə saytlarının yaydığı məlumata görə, bunu Ermənistan dövlət nəzarət xidmətinin müvəqqəti olaraq vəzifəsindən azad edilmiş rəhbəri David Sanasaryan bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Erməni məmur  belə bir videonun, sadəcə, mövcud olmadığını iddia edib:

"Bu, əks-inqilabçı bir əsaslı dezinformasiyadır. Və belə bir işi mənə etibar edən böyük bir insan ordusunun olduğunu gördükləri üçün həyata keçirirlər. Həmin insanlar bilir ki, mənim heç bir şəkildə korrupsiya ilə əlaqəm  ola bilməz”.  

Xatırladaq ki, D. Sanasaryan  vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.(moderator.az)