Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınmağı cinayət məsuliyyətinə cəlb etmək təklifini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin ali icraedici orqanının bəyanatında qeyd olunur .

Bildirilir, Aİ-nin sanksiyalarını pozan şəxslər 5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu halda şirkətlər il ərzində ümumi qlobal dövriyyənin ən azı 5%-i həcmində cərimə ala bilərlər.

Avropa Komissiyası həmçinin Aİ sanksiyalarının pozulmasının ciddi cinayət olduğunu qeyd edib.