Bu ilin ikinci rübündə Rusiyanın xarici borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 15%-dən aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu göstərici son illərdə davamlı olaraq azalmaqdadır. Belə ki, xarici borcun ümumi daxili məhsula nisbəti 2020-ci ildə 31%-ə, 2021-ci ildə 26,2%-ə, ötən il isə 16,6%-ə enib.

 

Gözəl Həşimova