Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin vitse-prezidenti Anatoli Peçatnikov ilin sonuna qədər Türkiyə və Hindistana pul köçürmələrinə başlamağı planlaşdırdıqlarını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Peçatnikov, St. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) transsərhəd pul köçürmələrinin sürətlə artdığını və artmağa davam edəcəyini bildirib.

Ölkələr arasında maliyyə əlaqəsini asanlaşdırmaq üçün lazımi infrastruktur işlərini hazırlamağa davam etdiklərini vurğulayan Peçatnikov, “Türkiyə və Hindistan, ortaqlıq qurduğumuz və turist axınının olduğu ölkələr olaraq bu sahədə əsas ölkələrdir."

Pərakəndə müştərilərin VTB ilə 11 ölkəyə pul köçürə biləcəyini ifadə edən Peçatnikov, "İlin sonuna qədər bu ölkələrin sayını Türkiyə və Hindistan da daxil olmaqla 2,5 qat artırmağı planlaşdırırıq", - deyə o,  əlavə edib.

Peçatnikov bu ilin ilk 5 ayında bankın pərakəndə müştərilərinin xaricə 66 mindən çox pul köçürdüyünü və bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox olduğunu bildirib.