Rusiyada ən böyük maaşı Çukotka və Yamalo-Nenets Muxtar Dairələrində çalışanlar və Moskva sakinləri alır.

İqtisadiyyat.az bildirir ki, bu barədə Sberin Sberindex laboratoriyasının dərc etdiyi aprel araşdırmasının nəticələri göstərir.

Moskvalılar orta hesabla 81 min rubl, Yamalo-Nenets Muxtar Dairəsi və Çukotka Muxtar Dairəsi sakinləri isə müvafiq olaraq 81,1 min və 97,3 min rubl maaş alırlar.

Tədqiqat məlumatlarından göründüyü kimi, bu göstərici Şimali Qafqaz respublikalarında ən aşağı göstəricidir. İnquşetiyada bu 29,5 min rubl, Qaraçay-Çərkəz və Kabardin-Balkar respublikalarında 33 mindən bir qədər çoxdur.